“Bina evində
mənzillərin sağında, solunda, altında, üstündə digər mənzillər olan və qışı sərt
olmayan Bakı şəhərində 1000 manat əmək haqqı alan insanla, ucqar kənddə 400
manat alan və 10 dərəcə şaxtada yaşayan, evinin divarlarından buz sallanan kəndliyə
qaz satış qiymətlərini eyni etmək doğru deyil”.
Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, texniki olaraq diferensiasiya sadə proses
deyil:
“Amma
mümkündür və çox lazımdır. Eyni zamanda
internet qiymətlərində də bu yanaşma mütləqdir. Evlərdə ortalama internet qiyməti
minimum əmək haqqının 7%-nə çatır. Halbuki bu göstərici əksər ölkələrdə 2-3% ətrafında
dəyişir.
Şaxtalı-sazaqlı
kənddə yaşayan Əhməd ilə paytaxtın mərkəzində mülayim şəraitdə, binada yaşayan
Məmməd eyni qaz pulu və eyni internet pulu verirsə və digər ödənişləri eynidirsə,
iş yerlərinin də 80%-i Bakıda açılırsa, onda onu kənddən çıxıb Bakıya can
atmasına görə necə qınamaq olar?
Əvvəllər kəndlərin
bir üstünlükləri olurdu, şəhərlərin bir ayrı. Buna görə də insanlar bu
üstünlüklərə görə bəziləri kəndi, bəziləri də şəhəri seçirdi. Amma indi kəndin
heç bir üstünlüyünü saxlamamışıq. Buna görə də biz paytaxta daha böyük axına
hazır olmalıyıq”.
News365.az