Paşinyandan şok iddia: Vanetsyan xarici kəşfiyyatla əməkdaşlıq edib

Paşinyandan şok iddia:  Vanetsyan xarici kəşfiyyatla əməkdaşlıq edib
07 May 2024 16:30

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (SNB) keçmiş rəhbəri Artur Vanetsyanı xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edib.

News365.az xəbər verir ki, Paşinyan bildirib ki, delimitasiya prosesini tənqid edənlər ölkədə hərbi münaqişəyə və hakimiyyət dəyişikliyinə can atırlar, onun fikrincə, bu, yalnız Ermənistan ərazisinin işğalı ilə mümkündür.

“Rəqiblərin növbəti addımı ölkənin dövlətçiliyinin və suverenliyinin məhvinə gətirib çıxaracaq qeyri-legitim marionet hökumətin qurulması olacaq. Bu, onların ssenarisidir və çox açıqdır”, - Paşinyan deyib.

Onun sözlərinə görə, bu xətti başqa ölkələrdə yerləşən “narkobaronlar” (SPISA-nın keçmiş rəhbəri Miqran Poqosyan nəzərdə tutulur - red.), kriminal aləmin nümayəndələri, “xarici kəşfiyyat xidmətləri üçün işləyən və cinayətlər törədənlər” dəstəkləyir.

Paşinyan səs yazısı yayılan keçmiş yüksək vəzifəli məmurlarla bağlı vəziyyəti şərh edib.

“O, səs yazısının yazılması ilə tanınır (Artur Vanetsyanı nəzərdə tutur – red.). Amma kim dedi ki, onun səs yazısı tam yayılıb? Sadəcə bir hissəsini hədə-qorxu aləti kimi istifadə etmək üçün yayıblar. Bizim əlimizdə sübutlar var ki, telefon dinləmələri xarici kəşfiyyat tərəfindən həyata keçirilib”, - Ermənistan hökumətinin başçısı bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər