Panama sahillərində 6,2 maqnitudalı zəlzələ olub

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ olub
14 İyl 2025 23:00

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Burica bölgəsinə 206 kilometr məsafədə qeydə alınıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hələlik can və ya mal itkisi barədə məlumat verilməyib.

Həmçinin, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.


Sizin reklam burada
Sizin reklam burada