Chat GPT Azərbaycanda təzə yayılmağa başlayanda nə gözəl ağıllı-başlı süni intellekt idi. 3 saata yazdığım elmi məqaləni köməkləşib 40 dəqiqəyə bir yerdə bitirirdik. Ona 3 il ərzində o qədər gic-gic suallar verdilər ki, süni intellekt geri zəkalı olub. Biri yuxusunun mənasını soruşur, biri gələcək planlarını soruşur(elə bil baxıcı Badamın yanına gəlib), biri sabah necə kombin geyinəcəyini soruşur, biri kombi xarab olanda necə düzəldəcəyini soruşur, biri oturub sadəcə cükküldəşir, biri nəsildə adam qoymayıb ad soyad yazır ki, bu kimdi o kimdi, və s.
Süni intellekt elə bil məlumat artıqlığından əziyyət çəkir. Normal elmi sual verirsən avtobus müxalifəti kimi söhbətdən yayınıb əlaqəsiz şeylərdən danışır. Sonra da malalamağa başlayır ki, mən düz deyirəm sən sualı səhv qoymusan. Amma harda qeybət mövzusunda sual verirsən, Elgizin verilişindəki ekspertlər kimi bülbül kimi oxuyur. Xalq olaraq süni intellekti də özümüzə oxşatdıq. Belə süni intellekt dünyanı ələ keçirmək yox e, heç bina evində obşini bağlayıb bakı aça bilməz.