Oskanyan Qarabağla bağlı sərsəmlədi

Oskanyan Qarabağla bağlı sərsəmlədi
29 Apr 2024 15:41

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan növbəti dəfə sərsəm iddialar səsləndirib. News365.az xəbər verir ki, o, Ümumerməni Diplomatlar Şurasının “Ermənistan Respublikasının çağırışları, onların aradan qaldırılması yolları” mövzusunda aparılan müzakirələri zamanı keçmiş separatçı rejim haqqında danışıb. O qeyd edib ki, guya Qarabağ məsələsi həll olunmayıb, və separatçıların ortaya atdıqları mövzular bağlanmayıb. 

"Artsax" (Ermənilərin Qarabağa verdikləri qondarma ad-red.), unudulmayıb. Sadəcə böyük "ədalətsizlik", müharibə, "etnik təmizləmə" olub və nəticədə Qarabağ erməniləri evlərini tərk edərək Ermənistan Respublikasına sığınıblar”, - Oskanyan anormal iddialar ortaya qoyub. O iddia edib ki, guya bu gün Ermənistanın problemləri dünyada diqqət mərkəzində saxlanılır: "Lakin onu da unutmaq olmaz ki, Ermənistanın ərazi bütövlüyü Qarabağın əldən çıxması nəticəsində həssas vəziyyətə düşüb".

Qeyd edək ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ məsələsinin bağlandığını bəyan edir. Revanşistlər isə hələ də "Artsax" xəyalalrı quraraq separatçı arzularını ortaya qoyurlar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər