Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.
News365.az xəbər verir ki, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov təyinat alıb.
Qeyd edək ki, R.Əzizov bu təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Orxan Fikrətoğlu aprelin 21-də ARKA-nın baş direktoru vəzifəsindən azad olunaraq mədəniyyət nazirinin müşaviri təyin olunub.