İşsiz qaldı, Moskvaya işə dəvət etdilər, getmədi, “mən Bakısız yaşaya bilmərəm“-dedi

İşsiz qaldı, Moskvaya işə dəvət etdilər, getmədi, “mən Bakısız yaşaya bilmərəm“-dedi
08 May 2024 10:58

Bu gün ermənilərin 1992-ci ildə Şuşanı işğal etdikləri gündür.Şuşa həsrəti bir çox dəyərli insanlarımızı həyatdan apardı. Və onlar Şuşanın azad olduğu günü görmədi. Həmin insanlardan biri də Xalq artisti, görkəmli diktor Rafiq Hüseynovdur. O 1946-cı ildə Şuşada doğulmuşdu. Amma Şuşa həsrəti ilə 1917-ci ildə Almaniyada. Xəstəxanada dünyaya gözünü yumdu.

News365.az    xəbər verir ki, bu gün tanınmış ziyalı Natiq Rəsul Rafiq Hüseynov haqqında öz xatirələrini bölüşüb. Həmin fikirləri təqdim edirik:

“1990-ın əvvəllərində, o gərgin siyasi dövrdə diktor Rafiq Hüseynov hansısa oyunlarda istifadə olunmasına yol verməmək üçün öz ərizəsilə televiziyadan gedir. Rəsmi dairələrdə arzuolunmaz adama çevrilir. Amma adam yenə də xalqın sevimlisi idi. Küçədə-bayırda rastına çıxan "niyə getdiniz?" deyib  hər kəs təəssüfünü, ehtiramını bildirirdi. Bir gün işsiz-gücsüz qalmış, peşəsinə uyğun səmtlərdən işə dəvət olunmayan Rafiq Hüseynova bir prorab zəng edib deyirki, “Rafiq müəllim,bilirəm işdən çıxmısınız, bəlkə korluq çəkirsiniz, Qoy mən sizin adınızı öz briqadama yazım, heç olmasa ayın başında gəlin maaş alın... “

RUHU ŞAD OLSUN!”

İlhamə Qiyas, News365.az  


Youtube kanalımız

Oxşar xəbərlər