Məşhur aktyor intihara cəhd edibmiş: “Yorulmuşdum!”

Məşhur aktyor intihara cəhd edibmiş: “Yorulmuşdum!”
25 Okt 2024 14:57

Məşhur Ukraynalı aktyor, “Kiyev gündüz və gecə”, “Mənim sevgilim Straşko” serialının və “Kraşanka” filminin ulduzu Artur Loqay intihara cəhd etdiyini etiraf edib.

Unian-ın yaydığı məlumata görə, sənətçi bunun nə vaxt baş verdiyini və intihar etmək niyyətinin nədən ibarət olduğunu açıqlayıb.

Məşhur 12 yaşından ludomaniya -qumar aludəçisi olduğunu bildirib. Bir vaxtlar bütün pulunu kazinolara xərcləyib, böyük borclara girib. 18 yaşında Arturun psixoloji vəziyyəti uçurumun kənarında imiş. O, bu zərərli vərdişlə  bağlı asılılığın öhdəsindən gələ bilməyib, borclarını necə qaytaracağını dərk etmirmiş Bu səbəbdən o, anasının qarşısında özünü günahkar hiss edib. Bu, aktyorun özünü öldürməyə cəhd etməsinə əsas səbəb sayılıb.

Sənətçi 18 yaşında olarkən valideynləri evdə olmayanda biləklərini kəsmək istəsə də, xoşbəxtlikdən yaxınları evə daha tez qayıdıb və onu xilas ediblər. Sənətçinin qolundakı kəsiklər ilə bağlı yara izləri hələ də qalıb. O, etiraf edir ki, o zaman əslində intihar etmək istəmirmiş. Çünki bunu etmək niyyətində olsaydı, intharı sona qədər edəcəkdi. Loqay bu arzuolunmaz hərəkətini onunla izah edir ki, diqqəti cəlb etmək və əvvəllər etdiyi səhv işin məsuliyyətini önə çıxarmaq olub: "Sadəcə yorulmuşdum! O vaxt həqiqətən ölmək istəsəydim, indi sizinlə danışmazdıq. Düşünürəm ki, o anda bu, həm istək, həm də istəksizlik, həm diqqəti cəlb etmək, həm də etdiklərinə görə məsuliyyətdən qurtulmaq üçün bir yol idi".

Tural


Sizin reklam burada
Sizin reklam burada