Mbappe Useyn Boltun duel təklifini qəbul etdi

Mbappe Useyn Boltun duel təklifini qəbul etdi
07 May 2024 08:50

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe əfsanəvi yamaykalı atlet Useyn Boltla 100 metrlik distansiyada yarışmağa hazır olduğunu söyləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl 37 yaşlı U.Bolt Madriddə keçirilən “Laureus” mükafatının təqdimetmə mərasimində K.Mbappe ilə yarışmaq istədiyini dilə gətirib.

Öz növbəsində, mətbuata açıqlama verən K.Mbappe yamaykalı idmançının bu təklifinə müsbət cavab verib.

“Bu, əylənmək üçün xoş təklifdir. Niyə bir gün ikimizin də vaxtı olanda bunu etməyək?”, - deyə  K.Mbappe qeyd edib.

Bununla belə, Kilian Mbappe əlavə edib ki, nə zaman bu qaçış baş tutsa, onun heç bir şansı olmayacaq.


Youtube kanalımız

Oxşar xəbərlər