Krumpdan F-16-larla bağlı xəbərdarlıq

Krumpdan F-16-larla bağlı xəbərdarlıq
07 May 2024 15:30

Rusiyanın silah sistemləri F-16 kimi təyyarələrlə mübarizə aparmağa qadirdir. Bunu inews-a müsahibəsində Britaniya ordusunun keçmiş zabiti, ekspert Castin Krump deyib.

Castin Krump Ukraynada istifadə olunacaq F-16 təyyarəsi ilə bağlı xəbərdarlıq da edib.  Onun fikrincə, F-16 döyüş təyyarələri ilə Rusiya təyyarələrinə hücum etmək uzaq mənzilli hava-hava tipli raketlərdən istifadə səbəbindən çətin olacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər