Zelenskinin Kiyevdən Ukraynanın qərbinə təxliyəsinə hazırlıq gedir.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri britaniyalı analitik Aleksandr Merkuris “Youtube” kanalında ukraynalı mənbəyə istinadən səsləndirib.
Onun sözlərinə görə, Zelenskinin təxliyəsi ilə bağlı yayılan məlumatlar təkcə şayiə deyil, daha ciddi əsaslara dayanır:
“Bu məlumatı bir ukraynalı şərhçi yayıb və Ukrayna hökumətinin Kiyevdən ölkənin qərbinə köçürülməsinə dair planın detallarını təqdim edib. Bu isə təxliyəyə hazırlığın mövcudluğunu təsdiqləyir,” – deyə Merkuris qeyd edib.
Xatırladaq ki, daha əvvəl Vladimir Zelenski ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloqla görüş keçirmişdi. Kiyev rejiminin rəhbərinin sözlərinə görə, görüşdə hava hücumundan müdafiənin gücləndirilməsi, Avropa ilə birgə silah istehsalı və tədarükü məsələləri müzakirə olunub.