“Kameron rus ayısını çubuqla dürtdü” - Faraj

“Kameron rus ayısını çubuqla dürtdü”  - Faraj
08 May 2024 10:59


 

Britaniyalı siyasətçi, Böyük Britaniyanın Müstəqillik Partiyasının keçmiş lideri Naycel Faraj diqqət çəkən açıqlamalar verib. GBNews-un yaydığı məlumata görə, o bildirib ki, hazırkı xarici işlər naziri Devid Kemeron Moskvanın reaksiyasından da göründüyü kimi, öz bəyanatları ilə Rusiyaya açıq şəkildə sataşır.

O, Kemeronun “İngiltərə istehsalı olan raketlər Ukraynaya ötürülsə və Rusiya ərazisindəki hədəfləri məhv etmək üçün istifadə edilsə, çox şad olardı” sözlərini tənqid edib.

“Mən düşünürdüm ki, bizim üçün bu müharibənin məqsədi Ukraynaya aharasa hücumda deyil, müdafiədə kömək etməkdir. Kameron rus ayısını çubuqla dürtdü”, – Faraj bildirib. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

 


Youtube kanalımız

Oxşar xəbərlər