“İt dəridən əl çəkib, dəri itdən əl çəkib“ - Çingiz Özgürdən qəribə paylaşım

“İt dəridən əl çəkib, dəri itdən əl çəkib“ -  Çingiz Özgürdən qəribə paylaşım
19 Apr 2024 13:45

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür feysbuk səhifəsində paylaşım edib.

News365.az paylaşımı təqdim edir:

"Səhər-səhər, yeməkdən əvvəl bir doza yazı…)))

“Fransa Parlamenti Azərbaycan Respublikasının bütün dünya tərəfindən qəbul edilən sərhədləri daxilində “yaradılmış” qondarma qurumu tanıdımı? Tanıdı! Həm də gör necə tanıdısa, həmin o qondarma qurumun, - hansı ki, ermənilər özləri o qurumdan əl çəkib, - nümayəndəliyi  Parisdə hələ də fəaliyyətdədir. İt dəridən əl çəkib, dəri itdən əl çəkib, it qovulub, dəri cırılıb, hətta qarı da hər şeyi başa düşüb, di gəl, Fransa uslanmır ki, uslanmır.”- deyə paylaşım edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər