İstanbulda dərnəyə silahlı hücum: 18 atəş açılıb

İstanbulda dərnəyə silahlı hücum: 18 atəş açılıb
13:30

İstanbulun Küçükçekmece rayonunun Kanarya məhəlləsində yerləşən Bitlis Şetek Ortakapı Kəndi Mədəniyyət, Həmrəylik və Yardımlaşma Dərnəyinə silahlı hücum edilib.

News365.az-ın məlumatına görə, hadisə naməlum şəxslər tərəfindən həyata keçirilib. Onlar avtomobillə dərnəyin qarşısına gələrək üzərlərində gətirdikləri silahlarla 18 dəfə atəş açıblar. Hadisə zamanı dərnək binasının pəncərələri və qapısı, eləcə də küçədə park edilmiş bir avtomobil güllələrə tuş gəlib.

Saldırganlar hadisədən sonra ərazidən qaçıblar. Polis hadisə yerinə cəlb olunub. İlkin araşdırmalara əsasən, hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb. Dərnək binasında və park halındakı avtomobildə maddi ziyan qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada