İrəvan belaruslu Yaroslav Novikova qaçqın statusu verdi

İrəvan belaruslu Yaroslav Novikova qaçqın statusu verdi
08 May 2024 13:41

Ermənistan əvvəllər Belarus Baş Prokurorluğunun tələbi ilə saxlanılmış belaruslu Yaroslav Novikova qaçqın statusu verib.News365.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Belarus xidməti onun vəkili Arayik Papikyana istinadən məlumat yayıb.

“Yaroslav yenicə qaçqın statusu alıb, bir az sonra o, azad olacaq”, - Papikyan bildirib.

Belarus vətəndaşı olan Yaroslav Novikov fevralın 2-də Ermənistan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. 2023-cü ilin yayında ona qarşı Belarusda hərbi xidmətdən yayındığına görə cinayət işi açılıb. Ötən ilin sentyabrında isə o, dövlətlərarası axtarışa verilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər