Həbsdə olan general cəbhəyə gedir

Həbsdə olan general cəbhəyə gedir
09 Apr 2025 13:45

Rusiyanın 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov döyüşlərə qatıla bilər. O, Tambov Qarnizonu Hərbi Məhkəməsindən Rusiya Müdafiə Nazirliyi ilə xüsusi hərbi əməliyyatda (SVO) iştirak etmək üçün müqavilə imzalamağa şərait yaratmağı istəyib. Bunun üçün məhkəmə onun işi üzrə icraatı dayandırmalıdır. Bu barədə yerli media məlumat yayıb. Saytlar generalın vəkili Sergey Buynovskiyə istinad ediblər.


Vəkil bildirib ki, Popovun müdafiəsinə qalxıb və həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət də qaldırıb.

Buynovski əlavə edib ki, general Rusiya prezidenti Vladimir Putinə göstərdiyi dəstəyə və etimada görə təşəkkür edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı ötən ilin may ayında həbs edilib. Rusiyalı general xüsusilə böyük miqyasda dələduzluq işi üzrə həbs edilib. Bu il martın 20-də məlum olub ki, general Popov Putinə müraciət göndərib. O, müraciətində bildirib ki, əsassız cinayət təqibinə görə çətin vəziyyətə düşüb. General bütün həyatını vətənə xidmətə, əmr və döyüş tapşırığını yerinə yetirməyə həsr etdiyini, Rusiya Silahlı Qüvvələrindən qovulmasının onun iradəsindən və döyüş bölgəsindəki hazırkı əməliyyat şəraitinin əksinə baş verdiyini vurğulayıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada