Ferdi Tayfurla bağlı iddialara təkzib gəldi

Ferdi Tayfurla bağlı iddialara təkzib gəldi
14:06

Müğənni Hakkı Bulutun bu ilin yanvarında vəfat edən Ferdi Tayfur haqqında səsləndirdiyi iddialar rəsmən təkzib olunub.

News365.az xəbər verir ki, Hakkı Bulut açıqlamasında, Tayfurla ölümündən əvvəl görüşdüyünü, onun vəkili ilə yaşadığı mülkiyyət problemi səbəbindən yorulduğunu söylədiyini bildirmişdi.

Lakin mərhum sənətkarın bacısı qızı Şirin Gözalıcı İnstaqramda paylaşım edərək bu iddiaları yalanlayıb:
“Hakkı Bulutun Ferdi Tayfur haqqında verdiyi müsahibə həqiqəti əks etdirmir. Ferdi Tayfur onunla nə yazılı, nə də görüntülü formada görüşməyib. Səsləndirilən mövzular tamamilə əsassızdır. Bu cür xəbərlərə etibar etməyin.”

News365.az 


Sizin reklam burada
Sizin reklam burada