2026-cı ilin sonuna kimi, Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək.
News365.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam da baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib:
“Bu tədbirlər çərçivəsində ilk olaraq Ağdam rayonunda bu il, Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin açılışı möhtərəm cənab prezident tərəfindən həyata keçirilib. Bu açılışlarında dərhal sonra Sarıcalı və Kəngərli kəndlərinin sakinlərinin artıq öz doğma torpaqlarına köçürülməsi təmin edilib”.
Onun sözlərinə görə, Xıdırlı kəndində isə bu işlər başlanıb:
“Hal-hazırda bu ay ərzində ilk 188 ailənin Xıdırlı kəndinə köçü