"Əhali arasında yayılan qrip narahatlıq doğurur"- Həkim

"Əhali arasında yayılan qrip narahatlıq doğurur"- Həkim
25 Dek 2024 13:20

"Qeyd edim ki, son dövrlərdə əhali arasında yayılan qrip və ya qripə bənzər simptomlar həqiqətən də narahatlıq doğurur. Lakin, bu virusun koronovirusun bir növü olduğunu demək doğru olmaz."

Bu sözləri News365.az-a açıqlama verən həkim, infeksionist Aytən Ziyadova deyib. 

Onun sözlərinə görə yayılan xəstəliklərin Koronavirusla əlaqəsi yoxdur:

"Bu günlərdə ən çox rast gəlinən soyuqdəymə və qrip əlamətləri daha çox adi qrip və ya digər respirator xəstəliklər ilə bağlıdır. Hər iki xəstəlik, xüsusilə soyuq havalarda, əhali arasında tez yayıla bilər. Qrip virusu, insanlarda yuxarı tənəffüs yollarını təsir edən bir infeksiyadır və çox vaxt yüksək temperatur, boğaz ağrısı, baş ağrısı, öskürək və bədəndə ağrılarla müşayiət olunur. Koronavirus (COVID-19) isə fərqli bir virusdur və əksər hallarda daha ağır təsirlər göstərir, xüsusən tənəffüs çatışmazlığına səbəb ola bilər.

Son günlər müşahidə olunan simptomların ağır keçməsi, bir neçə faktora bağlıdır: yüksək təsirli yeni virus suşları, orqanizmin zəifləməsi, daha çox yayılma və bəlkə də mövsümi dəyişikliklər. Bu səbəbdən, qripə qarşı vaksinasiyanın vacibliyi və xəstəliyə tutulanların müalicə üçün vaxtında həkimə müraciət etməsi önəmlidir".

News365.az


Sizin reklam burada
Sizin reklam burada