Avstraliyada keçmiş polis əməkdaşı sosial şəbəkələr və onlayn oyunlar vasitəsi ilə uşaqlarla unsiyyət qurub. Uşaqların etimadından sui istifadə edən şəxs daha sonra onlardan uyğunsuz foto və videolar istəyib. Onun bu əməllərinin üstü çox saylı şikayətlər əsasında açılıb.
Hadisə ilə bağlı Kvinslend polisi bildirib ki, keçmiş polis əməkdaşının əməllərindən Avstraliya və digər 15 ölkədən olmaqla 459 uşaq zərər çəkib. Araşdırmalarla həmən şəxsin elektron cihazlarından bu uşaqlara aid 23 mindən çox foto və video aşkar edilib. Həmin materiallardakı 360 uşağın kimliyi müəyyən edilib. Faktların çox olmasına görə guman edilir ki, qurbanların sayı artacaq.