Daha bir cüdoçumuz qızıl medal qazandı

Daha bir cüdoçumuz qızıl medal qazandı
27 Apr 2024 19:59

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edən təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.

E.Hacıyev bu dəfə Kristian Totu (Macarıstan) üstələyib.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.


Youtube kanalımız

Oxşar xəbərlər