“Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər“ - Elşən Qafarov

“Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər“ -  Elşən Qafarov
15 Apr 2024 20:05

Imtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?

Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər:

"Təbii ki, imtahanda cavab kartı bir dənə verilir və dəyişdirmək şansı yoxdur. O vaxt dəyişdirilə bilər ki, kartda xanalar texniki səbəbdən qarışıq olsun. Bunun da ehtimalı çox azdır. Ona görə də imtahanda iştirak edən hər hansı səhv edirsə, bunun dəyişdirilməsi doğru deyil və alternativi yoxdur. Dediyim kimi yalnız o zaman dəyişdirilə bilər ki, cavab kartı şagirdə verilən zaman texniki səbəbdən yararsız halda olub. Bu hal yoxdursa, cavab kartı bir nüsxədə verilir".


Youtube kanalımız

Oxşar xəbərlər