İspaniyadan Türkiyənin Kocaeli şəhərinə doğru hərəkətdə olan, Portuqaliya bayrağı altında üzən və 108 metr uzunluğunda olan "SPANACO PROGRESS" adlı ümumi yük gəmisi Çanaqqala Boğazının Gelibolu sahilləri yaxınlığında mühərrik nasazlığı ilə üzləşib.
News365.az-ın məlumatına görə, nasazlıq səbəbilə gəmi Boğazda hərəkətini davam etdirə bilməyib. Hadisə barədə məlumat alan Çanaqqala Gəmi Hərəkətləri Xidmətləri Mərkəzi dərhal tədbir görərək vəziyyəti nəzarətə götürüb. Koordinasiyalı şəkildə hadisə yerinə "Kurtarma-3" adlı yedək gəmisi və bələdçi kapitan göndərilib. Daha sonra "Kurtarma-19" yedək gəmisi tərəfindən yedəyə alınan gəmi Şevketiyə Lövbər Sahəsinə təhlükəsiz şəkildə aparılaraq orada lövbər salınıb.
Hadisə zamanı hər hansı təhlükəli hal qeydə alınmayıb.