Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
News365.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətin tətbiq edilməsində səbəb Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində binada baş verən yanğın hadisəsidir.