Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxardı

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxardı
08 May 2024 19:59

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarıb.

News365.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şaps məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya XİN rəhbəri Ceyms Kleverli parlamentdə çıxışı zamanı elan edib ki, Britaniya hökuməti Rusiyaya məxsus bəzi obyektlər üzərindən diplomatik mülkiyyət statusunu ləğv edəcək. London rusiyalı diplomatlar üçün viza məhdudiyyətləri tətbiq edəcək. Bunlar xüsusilə, vizaların müddəti ilə əlaqədar olacaq.

Bu addımları Rusiyanın Britaniya ərazisində kəşfiyyat fəaliyyətinə qarşı mübarizə ilə əsaslandırılıb.


Youtube kanalımız

Oxşar xəbərlər