Bolqarıstanla Azərbaycanı nə bağlayır? - TƏHLİL

Bolqarıstanla Azərbaycanı nə bağlayır? -  TƏHLİL
08 May 2024 09:33

Xəbər verdiyimiz kimi Bolqarıstan Prezidenti Rumen Radev ötən  gün Azərbaycana rəsmi səfərə gəlib. Bolqarıstan Azərbaycanın Avropa İttifaqında əsas tərəfdaşlarından biridir. Son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur.

Mövzu ilə bağlı fikirlərini News365.az-la bölüşən Millət vəkili Vüqar Bayramov bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub:

“Bu əvvəlki ilə nisbətən 57 faiz artım deməkdir. 2021-ci il ilə müqayisədə isə ölkələr arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu illər üzrə rekord göstəricilərdəndir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) vasitəsi ilə ötən il Bolqarıstana yarım milyard kubmetr qaz nəql edilib. Bu bu rəqəm 2024-cü ildə 1 milyard kubmetrədək yüksəcələcək. İxracatın daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.

Göründüyü kimi, ölkələr arasındakı strateji əməkdaşlıq dinamik inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər bu əməkdaşlığın daha da dərinləşməsinə töhvə verməkdədir”.

İlhamə Qiyas, News365.az  


Youtube kanalımız

Oxşar xəbərlər