Ermənistanın "Məlumatlı Vətəndaşlar İttifaqı" ictimai təşkilatının rəhbəri, ekspert Daniel İoannisyan diqqət çəkən fikirlər səsləndirib.
News365.az xəbər verir ki, o, "Mamul" saytına açıqlamasında polis sistemini tənqid edib. Ekspert ölkədə kriminal durumun get-gedə daha da pisləşəməsi, silahla törədilən cinayətlərin sayının isə inanılmaz dərəcədə artmasından gileylənib: “Sevan şəhərində cinayətkar 37 yaşlı diş həkimini silahla vuraraq öldürüb. Hətta şəhər rəhbərliyi də qətli pisləməkdən qorxur və başsağlığı verməklə kifayətlənib. İndi belə bir sual yaranır. Ermənistanda ümumiyyətlə polis varmı? Bu ilin birinci yarısında silah-sursatdan istifadə etməklə törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə- təxminən iki dəfə artıb. Bu, çox pis, sürətli tendensiyadır”.
Tural
News365.az