"Bitcoin" daha nə qədər bahalaşa bilər?- TƏHLİL

"Bitcoin" daha nə qədər bahalaşa bilər?- TƏHLİL
06 Dek 2024 09:30

Xəbər verdiyimiz kimi dünyanın ən böyük bazar kapitallaşmasına malik kriptovalyutası olan "Bitcoin", 100 min dollar hədəfini aşaraq yeni tarixi rekorda imza atdı. Bu nailiyyət, son həftələrdəki çətinliklərdən sonra bazara olan inamı əhəmiyyətli dərəcədə artırdı. Eyni zamanda, bazar kapitallaşması 2 trilyon dollara çataraq 5,74% artım göstərdi.

Dekabrın 5-də "CoinMarketCap" məlumatlarına əsasən, "Bitcoin" qiyməti artmağa davam edərək 103,700 dollara çatdı və ticarət həcmi 33% artaraq 91 milyard dollara yüksəldi. Bazardakı ümumi əhval-ruhiyyə isə 80%-ə qədər müsbət olaraq qeyd olunur.

Mövzu ilə bağlı News365.az–a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, hazırda 100 000 dolları keçən Bitcoinin 200 000 dollar qədər yüksəlməsi mümkündür:

“Çünki, idarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmini edir. 200 000 (maksimum 250 000) minlik həddən sonra tələbin azalması baş verə bilər. Bu isə yenidən qiymətlərin enməsinə səbəb ola bilər. Lakin tələbin bu gün məharətlə idarə edildiyi kimi 200 000 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması Bitcoinin müəyyən bir hissəsini təmsil edən kiçik paylar (tokenlər və ya derivativlər kimi) yarada bilər.

Nəzərə alaq ki, divarları nisbətən qalın olan sabun köpüyünü də ortasından basaraq xırda köpüklərə parçalamaq olur”.

News365.az


Youtube kanalımız