Bu ərazilərdə dənizə girmək qadağan edilib

Bu ərazilərdə dənizə girmək qadağan edilib
15:04

İstanbulun bu beş rayonunda dənizə giriş müvəqqəti olaraq dayandırılıb. Beykoz, Sarıyer, Arnavutköy, Çatalca və Eyüpsultan rayonlarının icra hakimiyyətləri (qaymakamlıqları) qərarı sosial media vasitəsilə elan ediblər.

News365.az xəbər verir ki, Beykoz Qaymakamlığı bildirib ki, rayonun Qara dənizə çıxışı olan sahillərində, çimərlik və körfəzlərdə dalğaların yüksəkliyi səbəbindən 12 və 13 avqust tarixlərində dənizə girmək qadağan olunub.

Sarıyer Qaymakamlığının açıqlamasına əsasən, yüksək dalğalar səbəbindən Kısırkaya çimərliyində dənizə giriş 15 avqust cümə gününə qədər qadağan edilir.

Arnavutköy, Çatalca və Eyüpsultan rayonlarında isə dənizə girmək qadağası 17 avqust bazar gününə qədər davam edəcək.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada