Bəlli oldu: Türkiyə S-400-ləri burada yerləşdirəcək

Bəlli oldu:  Türkiyə S-400-ləri burada yerləşdirəcək
07 May 2024 15:04

Türkiyənin Rusiyadan aldığı S-400 raketlərini İraq sərhədində terror təşkilatı PKK-ya qarşı yerləşdirə biləcəyi iddia edilib.

News365.az xəbər verir ki, biznes və iqtisadiyyat jurnalı "Forbes" Türkiyə və Yunanıstanın Rusiyadan aldığı raketlərin təhlilini dərc edib. Xəbərdə heç bir ölkənin üçüncü ölkələrə Rusiya raketləri göndərməyi düşünmədiyi və Türkiyənin PKK-ya qarşı raketlərdən istifadə edə biləcəyi ilə bağlı qiymətləndirmə də yer alıb.

Türkiyə və Yunanıstan son günlər Rusiya istehsalı olan strateji hava hücumundan müdafiə raket sistemlərinin Ukraynaya və ya hər hansı başqa ölkəyə təhvil verilməsinə qarşı olduqlarını bir daha bəyan ediblər.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, bu haqda düşünmürlər. Mitsotakisin şərhindən bir neçə gün sonra Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​də S-400 Triumf sisteminin başqa ölkəyə təhvil verilməsi ehtimalını rədd edib:

“S-400 sistemimizi başqa ölkəyə verməkdən söhbət gedə bilməz. Yunanıstanın S-300-ləri əvvəlcə Kipr üçün nəzərdə tutulmuşdu, lakin Türkiyənin Lefkoşaya çatacağı təqdirdə sistemi məhv edəcəyi ilə bağlı xəbərdarlığından sonra Afina bütün raketləri illərlə anbarda saxlayıb və ilk dəfə 2013-cü ildə sınaqdan keçirib”.


Youtube kanalımız

Oxşar xəbərlər