Bakı məktəblisi ABŞ-ın ən nüfuzlu 5 universitetinə qəbul və təqaüd qazandı

Bakı məktəblisi ABŞ-ın ən nüfuzlu 5 universitetinə qəbul və təqaüd qazandı
10 Apr 2024 13:46

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-ın ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb.

O, Birləşmiş Ştatların "Illinois Urbana Champaign" Universiteti, Purdue Universiteti, Penn Dövlət Univeristetindən qəbul qazanıb.

Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar, Fordham Universitetindən isə illik 25 000 dollar dəyərində təqaüd əldə edib.

G.Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "FLEX" (Future Leaders Exchange Program) proqramının finalçısıdır.

O, dünyanın daha bir neçə univeristetinə müraciət etdiyini, cavab gözlədiyini və seçimini yekun siyahıdan edəcəyini söyləyib.

Qeyd edək ki, G.Ağakişiyeva həm ölkədaxili, həm beynəlxalq olimpiadaların fəal iştirakçısı olub. Məktəbli Respublika Fənn olimpiadaları üzrə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan Linqvistika Olimpiadalarının finalçısı, eyni zamanda "HIPPO-2023" və "TeenEagle" beynəlxalq ingilis dili olimpiadalarının müvafiq olaraq respublika birincisi və qızıl mükafatçısıdır.


Youtube kanalımız

Oxşar xəbərlər