Azərbaycanlı ana və oğlu külli miqdarda “patı“ ilə tutuldu

Azərbaycanlı ana və oğlu külli miqdarda “patı“ ilə tutuldu
27 Apr 2024 20:29

Yerli mediaya istinadla xəbər verir ki, Kütahya şəhərində Narkotiklərlə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən əməliyyat keçirilib. Nəticədə şəhərlərarası sərnişin avtobusunda azərbaycanlı ana və oğlu narkotik maddə ilə saxlanılıblar.

Məlumata görə, Ü.N. (46) və A.N. (25) adlı azərbaycanlı ana və oğula baxış zamanı ümumi çəkisi 2 kilodan çox olan metamfetamin (patı) aşkar edilərək götürülüb.

  •  

Bildirilir ki, onlar polis bölməsindəki əməliyyatların ardından məhkəmə tərəfindən həbs edilib.

 


Youtube kanalımız

Oxşar xəbərlər