"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub. 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.
News365.az xəbər verir ki, bunu “Qarabağ”ın mətbuat xidməti açıqlayıb.
Juninyo 2028-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq. O, komandada 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2023-cü ilin yayından Azərbaycan çempionunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
O, komanda ilə ölkə çempionu və kubokunun qalibi olub.