Jurnalist Azər Həsrət istefa verir.
Bu barədə özü məlumat yayıb.
“Bilirsiniz də, mənim istefa vermə xasiyyətim və mədəniyyətim var axı. Yaxından izləyənlər bunu bilir, görüblər. Özü də hörmətlə-izzətlə gedirəm getdiyim yerdən. Belə edirəm ki, gənclərə - yeni nəsilə yol açım. Yəqin ki, bu payızda da bənzər istefalarım olacaq. Bir-iki yerdən hörmətlə ayrılacağam”, - o bildirib.
Qeyd: A.Həsrət Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.