Aygün Bəylərin bacısı tiktoker Ləman haqqında: səviyyəsizin biridir

Aygün Bəylərin bacısı tiktoker Ləman haqqında:  səviyyəsizin biridir
08 May 2024 16:45

Mərhum əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova tiktoker Ləman Vəliyevanı polisə şikayət etməsi haqqında yayılan xəbərlərə cavab verib.

News365.az xəbər verir ki, Aygün Bəylərin bacısı Zümrüd Hümmətova Teleqraf.com-a açıqlamasında tiktokeri hüquq-mühafizə orqanlarına şikayət etmədiyini bildirib: “Biz heç kimi hüquq-mühafizə orqanlarına şikayət etməmişik. Bu söhbət çoxdan olub. Biz o xanıma əhəmiyyət vermirdik, səviyyəsizin biridir, Aygünün ruhundan ayıbdır. Hamı bilir ki, o, kimdir. Biz ona boyun əymədik. Bu söhbət iki-üç ay əvvəl olub və həmin xanım üzr də istəmişdi. Amma düşünürəm ki, onu kimsə yenidən alovlandırıb. Bilmirəm ki, onlar Aygün Bəyləri istəməyənlərdirmi?.. Yenidən videoları sosial şəbəkələrdə paylaşırlar və aləmi qatırlar. Dünən bu məsələ ilə bağlı müraciətlər Aygün Bəylərin İnstaqram səhifəsində paylaşıldı, o xanım üzr istədi”.

Qeyd edək ki, Ləman Vəliyeva mərhum xanəndə ilə bağlı canlı yayımda qeyri-etik ifadə işlədib: "Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan".


Youtube kanalımız

Oxşar xəbərlər