ASAN xidmətə ümumi müraciətlərin sayı 90 milyona yaxınlaşır.
News365.az xəbər verir ki, bu barədə ASAN xidmətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Niftəliyev Quba mərkəzində media nümayəndələri üçün keçirilən tanışlıq zamanı məlumat verib.
Onun sözlərinə görə, xidmətlərin göstərilməsində şəffaflıq, operativlik və nəzakətlilik prinsipləri daim əsas götürülür.
Qeyd edək ki, ASAN xidmət 2012-ci ildən fəaliyyət göstərir və bu günədək ölkənin bütün bölgələrində yüz minlərlə vətəndaşa dövlət xidmətlərini əlçatan edib.