Ağdamda polis narkotik əməliyyatı keçirdi: İki qardaş saxlanıldı

Ağdamda polis narkotik əməliyyatı keçirdi: İki qardaş saxlanıldı
14:52

Ağdam Rayon Polis Şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Tahir və Mahir Məmmədov qardaşları saxlanılıb.

Əməliyyat zamanı onlardan satış məqsədilə əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada