ABŞ-də kütləvi zəhərlənmə - ölənlər və

ABŞ-də kütləvi zəhərlənmə - ölənlər və
23 Okt 2024 11:14

ABŞ-də "McDonald's" fastfud şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib. 

News365.az xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb. 

"Oktyabrın 22-nə olan məlumata görə, ümumilikdə 10 ştatda "E. coli O157:H7" bakteriya ştamı ilə bağlı 49 hadisə qeydə alınıb", - deyə məlumatda bildirilib. 

Müştərilərin hamısının "Royal çizburger"dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir.


Sizin reklam burada
Sizin reklam burada