ABŞ-ın bütün ərazisini əhatə edən irimiqyaslı etiraz dalğası baş verib.
Etirazlar ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı yönəlib. Aksiyaların təşkilatçıları bildiriblər ki, ölkənin 50 ştatında, həmçinin Kanada və Meksikada ümumilikdə 1200-dən çox etiraz aksiyası keçirilib.
Etirazların ən izdihamlısı paytaxt Vaşinqtonda baş tutub. Burada keçirilən mitinqdə çıxış edən demokrat konqresmen El Qrin bildirib ki, yaxın 30 gün ərzində prezident Trampa qarşı impiçment təşəbbüsü irəli sürəcək. Onun sözlərinə görə, Tramp "icraedici hakimiyyətin başçısı olmaq layiqində deyil".
Hadisə ölkə ictimaiyyətində və siyasi dairələrdə ciddi rezonans doğurub.