“Zəngəzur üzərində çox böyük oyunlar oynanılır“ - Arzuxan Əlizadə 

“Zəngəzur üzərində çox böyük oyunlar oynanılır“ -  Arzuxan Əlizadə 
29 Apr 2024 10:34

"Bundan əvvəl də Arazdəyəndə Amerika Birləşmiş Ştatlarının maliyyə dəstəyi ilə metallurgiya zavodunun tikintisinə başlanılmışdı.  Nəticə etibarilə o tikinti dayandırılıb"..

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bunu News365.az-a açıqlamasında deyib.

"Bütövlükdə Amerika Birləşmiş Ştatları ile digər güclərin bu bəhanələrlə bölgəyə daxil olmaq həvəsidir. Zəngəzur üzərində çox böyük oyunlar oynanılır. Biz xüsusilə ikinci Qarabağ savaşından sonra Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoyandan sonra gördük ki Zəngəzura doğru uzanan əllər bir qədər də genişlənməyə başladı. Zəngəzur bölgəsində konsulluqların açılması bir parad xarakteri aldı. İstər Fransa, istər Amerika Birləşmiş Ştatları, istərsə də digər güclər Ermənistandan istifadə etməklə bölgəyə daxil olmağa həvəsləndilər. Məqsəd təbii ki Ermənistanda mövcud olan Rusiyanı hələ də riçarxlarını qoruyub saxlayanda, faktiki olaraq forpostuna çevirdiyi Ermənistanın əlindən Rusiyanı çıxartmaq, onun yerini tutmaq məqamından söhbət gedir. Amerika Birləşmiş Ştatlarının növbəti dəfə Atom Elektrik stansiyasının tikilməsi adı ilə bölgəyə daxil olması da elə bu məqsədlərə xidmət edir"-deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər