Ukrayna prezidenti Vladimir Zelenski general-mayor Andrey Qnatovu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib.
News365.az xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.
Qeyd edək ki, 2024-cü il iyunun 24-də Zelenski general-leytenant Yuri Sodolun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılması barədə qərar vermiş, yerinə Qnatov təyin edilmişdi.