“Bir gün belə dövlətimiz üçün vaxt itirmirik. Artıq Yunanıstanla Ukrayna üçün qazla bağlı razılaşma hazırlamışıq. Bu, qaz tədarükü üçün daha bir istiqamət olacaq”.
Bunu videomüraciərində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Artıq qaz idxalının maliyyələşdirilməsi ilə bağlı razılıqlarımız var və biz qaz idxalı üçün təxminən 2 milyard avroluq tələbatı bağlayacağıq. Bu vəsait Rusiya zərbələri nəticəsində Ukraynanın hasilatında yaranan itkiləri kompensasiya etməyə yönəldiləcək”, deyə o, əlavə edib.
Prezidentin sözlərinə görə, Ukrayna hökuməti idxalın maliyyələşdirilməsinə vəsait ayırıb:
“Avropadakı tərəfdaşlarımız, Avropa bankları – Avrokomissiyanın zəmanətləri altında – bizə kömək edirlər, həmçinin Ukrayna bankları və Norveç dəstək göstərir, ABŞ tərəfdaşları ilə də aktiv iş davam edir – tam maliyyələşdirmə təmin olunacaq. Qış tədarükü üçün geniş imkanlar yaradırıq.
Bizə kömək edən hər kəsə təşəkkür edirəm! Bizimlə, Ukrayna ilə, Ukrayna xalqı ilə birlikdə olan hər kəsə təşəkkür edirəm! Ukraynaya eşq olsun!”.