Zelenski ABŞ təzyiqi altında - Sülh planında güzəştlər gözlənilir

Zelenski ABŞ təzyiqi altında - Sülh planında güzəştlər gözlənilir
10:51

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən sülh planı çərçivəsində müəyyən güzəştlərə, o cümlədən ərazi itkilərinə razı salınmaq üçün təzyiq altındadır.

News365.az-ın məlumatına görə, bu iddia “Axios” nəşri tərəfindən yayımlanıb. Mənbələr bildirir ki, uzun müddət davam edən danışıqların nəticəsində Ukrayna rəsmiləri ABŞ-ın hazırkı təşəbbüslərinin bəzi maddələrinin Moskva üçün faydalı ola biləcəyinə inanırlar. Eyni zamanda, nəşr qeyd edir ki, Vaşinqton Zelenskiyə Kreml lideri Vladimir Putindən daha çox təzyiq göstərir.

Lakin anonim bir ABŞ rəsmisi bu məlumatı təkzib edərək bildirib ki, ABŞ sülh danışıqları çərçivəsində Putinə də təzyiq göstərir və Ukraynaya qarşı təzyiq məqsədi daşımır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada