Hindistanın Qvalior şəhərində Şitala Mata məbədinin yaxınlığında yük avtomobilinin dindarların toplaşdığı kütləyə çırpılması nəticəsində 12 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını polisin qoyduğu çəpərləri yararaq insanlara çırpılıb.
İlkin məlumatlara görə, hadisəyə nəqliyyat vasitəsindəki texniki nasazlıq səbəb olub.
Hadisə yerinə gələn xilasedicilər və hüquq-mühafizə orqanları 27 yaralını xəstəxanalara təxliyə ediblər. Fakt üzrə araşdırma aparılır.