Ukrayna Silahlı Qüvvələrinin əsgərləri münaqişənin həlli üçün Rusiya və ABŞ arasında başladılan sülh prosesi fonunda tezliklə cəbhədə döyüş əmrlərini yerinə yetirməkdən imtina edəcəklər. Bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris “The Duran”a açıqlamasında məlumat verib.
"Hər kəsə Rusiya-Amerika müzakirələrinin tam sürətlə getməsi aydın olanda, bu, bütün proseslərə öz təsirini göstərməyə başlayacaq. Burada söhbət həm də Ukraynalı hərbçilərinə təsirdən də gedir",- o vurğulayıb.
Britaniyalı analitikin proqnozuna görə, danışıqlar fonunda Ukrayna Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdirilməsinin məqsədəuyğunluğuna şübhə etməyə başlayacaq. Merkuris qeyd edib ki, Ukrayna lideri Volodimir Zelenski reallıqdan uzaqlaşdığı üçün hərbçilər mühüm əmrləri yerinə yetirməyi dayandıra bilərlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural