Türkiyə AÇ-yə qələbə ilə başladı - YENİLƏNİB

Türkiyə AÇ-yə qələbə ilə başladı - YENİLƏNİB
18 İyn 2024 22:12

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb.

Komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Mərt Günok, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Mərt Mülder, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz.

Baş məşqçi: Vinçentso Montella.

Gürcüstan: Giorgi Mamardaşvili, Solomon Kverkveliya, Quram Kashia, Laşa Dvali, Otar Kakabadze, Anzor Mekvabişvili, Giorgi Tsitaişvili, Giorgi Qoçoraşvili, Giorgi Çakvetadze, Xviça Kvaratsxeliya, Jorj Mikautadze.

Baş məşqçi: Villi Sanyol.

**

Matç başladı.

***

Türkiyə yığması hesabı açdı. Mert Müldür 26-cı dəqiqədə mükəmməl qol vurdu. Hesab: 1-0

***

Gürcüstan hesabı bərabərləşdirdi. Mikautadze 32-ci dəqiqədə fərqləndi. Hesab: 1-1

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Türkiyə hesabda önə keçdi. Arda Gülər 66-cı dəqiqədə fantastik qol vurdu. Hesab: 2-1

***

Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə hesabı 3:1 edir.

***

Matç bitdi. Hesab: 3-1


Youtube kanalımız

Oxşar xəbərlər