Türk təyyarəsi təcili eniş etdi

Türk təyyarəsi təcili eniş etdi
26 Fev 2025 20:30

Türkiyənin "Peqasus” Hava Yolları şirkətinin təyyarəsi İngiltərənin Mançester şəhər aeroportuna təcili eniş edib.


News365.az xəbər verir ki, İstanbuldan gələn təyyarənin enişdən bir qədər əvvəl həyəcan siqnalı göndərdiyi müəyyən edilib. Şahidlər təyyarənin tüstüləndiyini bildiriblər.


Təyyarənin hidrolik sistemində nasazlıq olduğu bildirilir. Hadisə nəticəsində heç kim xəsarət almayıb. İngiltərənin aviasiya mütəxəssisləri təhqiqata başlayıblar.



Sizin reklam burada
Sizin reklam burada