Terror təşkilatı Türkiyəyə aid binanı zəbt etdi

Terror təşkilatı Türkiyəyə aid binanı zəbt etdi
00:01

Suriyada baş verən hadisələr və Türkiyənin terror təşkilatı PKK ilə mübarizəsi Almaniyadakı PKK tərəfdarlarını hiddətləndirib. Türkiyə qurumları təhdid edilərkən, Frankfurt Baş Konsulluğunun Türkiyə Maliyyə Nazirliyinə məxsus, dəyəri 25 milyon avro olan tarixi binası PKK tərəfindən zəbt edilib. Alman polisi yolları bağlayıb və helikopterlərlə havadan yoxlamalar aparılır.

Suriyadakı prosesləri və Türkiyənin terror təşkilatı PKK-ya qarşı mübarizəsini həzm edə bilməyən PKK-lılar Almaniyada daha da şiddətləndi. Avropada on minlərlə yaraqlısı olan təşkilat təkcə yürüşlər təşkil etmir, həm də Türkiyə qurumları üçün təhlükə yaradır. Türkiyənin müxtəlif təşkilatlarına bildirişlər yağarkən, səfirliklər və baş konsulluqlar qarşısında ehtiyat tədbirləri gücləndirilib. Lakin PKK-çılar Bokkenhaym rayonundakı Frankfurt Baş Konsulluğunun köhnə binasını zəbt ediblər.


Youtube kanalımız