“Terror Robert Köçəryanın və daşnakların həmişə sevimli aləti olub“ - İşxan Verdyan

“Terror Robert Köçəryanın və daşnakların həmişə sevimli aləti olub“ -  İşxan Verdyan
29 Apr 2024 14:41

“Hesab edirəm ki, Ermənistandakı hazırkı etiraz hərəkatı baş nazir Nikol Paşinyanın siyasi kursuna təsir etmək potensialına malik deyil və hakimiyyət üçün heç bir təhlükə yaratmır".

News365.az xəbər verir ki, bunu erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.az-ın "Ermənistandakı hazırkı etiraz potensialını necə qiymətləndirirsiniz? O, indiki hakimiyyət üçün təhlükə yaradırmı? Sizcə, bunun arxasında hansı qüvvələr dayanır?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qarabağ klanının təmsilçiləri və davamçıları olan qondarma etirazçılar münaqişənin tənzimlənməsi prosesini, Bakı ilə İrəvan arasındakı sülh müqaviləsini hər cür təxribatlarla, terror aktları ilə ləngidə bilərlər.

Bloger hesab edir ki, banditizm və terror keçmiş prezident Robert Köçəryanın və onun müttəfiqləri olan daşnakların həmişə sevimli aləti olub:

"Əminəm ki, onlar bundan istifadə etməyə çalışacaqlar. Ancaq sülh prosesi həmişəki kimi davam edəcək. Nəticədə daşnakların Paşinyana təqdim edəcəkləri heç nə olmayacaq. Yəni, indiki mərhələdə Paşinyanın qarşısını ala bilməsələr, o zaman yaxın gələcəkdə simalarını itirəcəklər, ideologiyaları çökəcək, oğurladıqları bütün saysız-hesabsız xəzinələr dövlət mülkiyyətinə çevriləcək.

Beləliklə, bu etirazlar qaçılmaz məhvlə üzləşən bir heyvanın ölüm sancılarıdır".


Youtube kanalımız

Oxşar xəbərlər