“Təəssüflər olsun ki, müəllimlərimiz ev tapşırıqlarını çox yükləyirlər“- Təhsil eksperti

“Təəssüflər olsun ki, müəllimlərimiz ev tapşırıqlarını çox yükləyirlər“-  Təhsil eksperti
29 Apr 2024 13:44

"Məktəbdaxili tədrisin təşkilində ev tapşırıqlarının verilməsi məqbul hesab edilmir. Çünki kuriklumun məzmununa görə şagirdlər tədrisin gedişində tələb olunan bilik və bacarıqlara riayət olunmalıdır". 

 Təhsil eksperti Kamran Əsədov bunu News365.az-a açıqlamasında deyib. 

"Çox təəssüflər olsun ki, bizim müəllimlərimiz şagirdlərə ev tapşırıqlarını yükləyirlər. Bu zaman hətta təsdiq edilməmiş məzmun standartlarına uyğun olmayan, müəyyən vəsaitlərdən, iş dəftərlərindən də istifadə edirlər. Uşaqların məcburi olaraq hazırlıq kursuna yönəldirlər və şagirdlər öz uşaqlıqlarını yaşamırlar. Ümumiyyətlə xarici ölkələrin təhsil sisteminə baxanda görürük ki, şagirdlər müəyyən bir qisim sinifə qədər ev tapşırığı etmirlər. Yaxın günlərdə Polşada bu qərar qəbul edildi ki, ayrıca olaraq uşaqlara ev tapşırığı verilməsin"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər